"Çelsi hara, Qarabağ hara" deyənlər üçün MÜQAYİSƏ

680
"Çelsi hara, Qarabağ hara" deyənlər üçün MÜQAYİSƏ

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində sabah tarixində ilk dəfə "Çelsi" klubu ilə qarşılaşacaq.

Metbuat.az xəbər verir ki, çoxları klubumuzun inamlı çıxış edəcəyini gözləyir. Hətta bərabərliklə ölkəmizə qayıdacağını deyənlər də az deyil. UEFA-nın rəsmi saytı bu oyunla bağlı statistik məlumatları açıqlayıb və  London təmsilçisinin qitənin ən nüfuzlu klub turnirindəki uğurları,  Ağdam komandasının isə debütant olması vurğulanıb. 

Həmin məlumatları təqdim edirik:

"Çelsi" :

1. 2016/2017 mövsümündə 6-cı dəfə İngiltərə Premyer Liqasının qalibi olan “zadəganlar” tarixlərində ilk dəfə Azərbaycan təmsilçisi ilə üz-üzə gələcəklər.

2 2012-ci ildə ÇL-in qalibi olan “Çelsi” 2015/2016 mövsümündə 1/8 finalda ardıcıl ikinci il Fransanın PSJ klubuna məğlub olub.

3. Ötən mövsüm istisna olmaqla, “Çelsi” sonuncu dəfə avrokuboklarda sadəcə 1996/1997 mövsümündə iştirak etməyib. 

4 Londonlular yalnız 2012/2013 mövsümündə ÇL-də 1/8 finala vəsiqə qazana bilməyərək, mübarizəni Avropa Liqasında davam etdiriblər və turnirin qalibi olublar.

5b “Zadəganlar” ÇL-də sonuncu dəfə evdə PSJ-yə uduzmaqla, 7 oyunluq məğlubiyyətsizlik seriyasına son veriblər.

"Qarabağ" :

1 Azərbaycan klubu ilk dəfə ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” buna Gürcüstan “Samtredia”sını (5:0, 1:0), Moldova “Şerif”ini (0:0, 2:1) və Danimarka“Kopenhagen”ini (1:0, 1:2) mübarizədən kənarlaşdırmaqla nail olub.

2.  “Qarabağ”ın ÇL-də 4-cü mövsümüdür. Azərbaycan komandası əvvəlki 3 mövsümdə III təsnifat mərhələsində uduzub.

3 Bakıda məskunlaşmış komanda 2016/2017 mövsümündə ardıcıl 3-cü mövsüm ÇL-də mübarizəni dayandırsa da, elə 3-cü dəfə Avropa Liqasının qrupuna düşüb. Buna rəğmən, Azərbaycan təmsilçisi heç vaxt 1/16 finala vəsiqə qazanmayıb.

4. “Qarabağ” 2016/2017 mövsümündə 5-ci dəfə Azərbaycan Premyer Liqasının qalibi olduqdan sonra ÇL-in qrupuna vəsiqə qazanıb.

5. “Qarabağ” Danimarkada “Kopenhagen”ə məğlub olana qədər səfərdə keçirdiyi 11 oyundan yalnız 2-də qalib gəlib.

Qeyd edək ki,  Londonun "Stemford Bric" stadionunda keçiriləcək ilk oyun sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər lenti