Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
Mynews.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, idman funksioneri bu postda iki namizəddən biridir. Hazırda UEG-nin vitse-prezidenti olan F.Qayıbovun yeganə rəqibi Sloveniyanın Olimpiya Komitəsinin baş katibi Edvard Kolardır. O, həm də Sloveniya Gimnastika Federasiyasının baş katibidir.
UEG prezidentliyinə namizədliyin irəli sürülməsi üçün son tarix 1 sentyabr 2017-ci il olub. Təşkilatın İcraiyyə Komitəsi artıq yekun siyahını təsdiqləyib. 2009-cu ildən quruma rəhbərlik edən fransalı Jorj Gelzek öz istəyi ilə postunu tərk etməyə qərar verib.
Qeyd edək ki, səsvermə dekabrın 2-də, UEG-in Xorvatiyanın Split şəhərində keçiriləcək 27-ci Konqresində baş tutacaq. Quruma üzv olan 50 federasiya səs hüququna malikdirlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub