“Neftçi”də oynamaq doğma hissdi. Karyeram ərzində 3-cü dəfədi ki, bu komandaya qayıdıram”. Fanat.Az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Rəşad Sadiqov deyib.
Bu həftə Bakı təmsilçisiylə 1 illik müqavilə imzalayan 34 yaşlı oyunçu klubun saytına danışıb: “Burda 7 il oynamışam. Bu da az müddət deyil. Bu klub üçün canımı qoymuşam. “Neftçi”də olarkən ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışıq. O sevinci “Neftçi”də yaşamışam. Əlimizdən gələni edəcəyik ki, yenidən Avroliqa həyəcanı yaşayaq, qrupa adlayaq. İstər yerli, istərsə də əcnəbi olsun, hamımız bu hədəf uğrunda mübarizə aparmalıyıq. “Neftçi” Azərbaycanın “flaqman”ıdı. “Neftçi”nin adını daşıyırlarsa, bu komandanı yüksəklərə daşımaq hər kəsin borcudu”.
Yarımmüdafiəçi Tərlan Əhmədovun baş məşqçi postuna gətirilməsinə də münasibət bildirib: “Bundan əvvəl vəziyyətin necə olduğunu bilmirdim. İndi kollektivdə atmosfer çox yaxşıdı. Futbolçuların hamısı bir-birinə qardaşdı. Mənə elə gəlir ki, Tərlan Əhmədov komandaya başqa ab-hava gətirib. Çalışacağıq uğurlu nəticələr əldə edək”.
Qeyd edək ki, Sadiqov yay fasiləsində “Qəbələ”dən “Zirə”yə keçsə də, avrokubok matçlarında iştirak etdikdən sonra paytaxt klubundan daxili intizam qaydalarını pozduğu üçün göndərilib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub