"İlk hədəf qrupdan çıxmaqdır. Bizi "Roma" və "Çelsi" ilə ağır oyunlar, eləcə də Azərbaycana çətin səfər gözləyir".
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu İspaniyanın "Atletiko" komandasının futbolçusu Koke Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Roma" ilə İtaliyada qolsuz heç-heçədə sonra deyib.
25 yaşlı ispaniyalı hücumameyilli yarımmüdafiəçi bildirib ki, "Roma" ilə görüşdə yaxşı təsir bağışlasalar da, bu, üç xal qazanmaq üçün kifayət etməyib. O, etməli olduqları hər şeyi yerinə yetirdiklərini söyləyib: "Lakin bu, 3 xal qazanmağımız üçün kifayət etmədi. Rəqibin müdafiə xətti və qapıçısı yaxşı təsir bağışladı. "Roma" çox yaxşı komandadır".
Qeyd edək ki, "Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu kollektivlər arasında ikinci görüş oktyabrın 31-də Madriddə olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub