Çempionlar Liqasında qrup mərhələsinin ilk turu yekunlaşıb. Mynews.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Moskva "Spartak"ı dünən Sloveniyada "Maribor"un qonağı olub.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 59-cu dəqiqədə "Spartak"ın azərbaycanlı futbolçusu Aleksandr Səmədov açıb. Lakin Moskva klubu hesabı qoruya bilməyib və 85-ci dəqiqədə Damian Bohar tarazlığı bərpa edib.
Qeyd edək ki, Aleksandr Səmədov 1984-cü ildə Moskvada dünyaya gəlib. Atası azərbaycanlı, anası rusdur. 2012-ci ildə həyat yoldaşı Yuliyanın təklifi ilə Xristian dinini qəbul edib.
Karyerası ərzində Rusiya paytaxtının "Spartak", "Lokomotiv", "Moskva" və "Dinamo" klublarında oynayan 33 yaşlı hücumçu 2011-ci ildən Rusiya millisində çıxış edir (42 oyun, 6 qol). O, Azərbaycan millisində oynamaq təklifini qəbul etməyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub