ŞOK İDDİA "Qarabağ"ı qrupda Kollina saxlayıb?

752
ŞOK İDDİA "Qarabağ"ı qrupda Kollina saxlayıb?

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna - Türkiyə (2:0) matçı ətrafındakı söz-söhbətlər səngimək bilmir.

Mynews.az apasport.az-a istinadən xəbər verir ki, tanınmış idman yazarı Meriç Müldür həmin qarşılaşmadakı hakim səhvlərinin təsadüf olmadığını yazıb. 

O, ukraynalıların vurduğu hər iki qoldakı kobud hakim səhvlərini FİFA Hakimlər Komitəsinin sədri və UEFA-da hakimlərin təyinatına məsul şəxs olan Pyerluici Kollina ilə əlaqələndirib. Müldür Ukrayna klublarının artıq neçə ildi hakimlərin sayəsində uğur qazandıqlarını vurğulayıb.

2014-15 mövsümündə Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Dnepr"in finala qədər irəliləməsini də yada salan türkiyəli həmkarımız bunda Kollinanın "zəhməti" olduğuna işarə vurub: "Kollinanın Ukraynada peşəkar şəkildə çalışdığı dövrdə (2010-2017) bu ölkə klublarının avrokuboklardakı nəticələri diqqət çəkməyə bilməz. Ukrayna lobbisinin təsir gücü çoxdu. UEFA-nın vitse-prezidenti Qreqori Surkis eyni zamanda Kiyev "Dinamo"sunun və Ukrayna Futbol Federasiyasının fəxri-prezidentidi. Kollinanın Ukraynada çalışmağa başladığı 2010-cu ildən bəri "Dinamo", "Şaxtyor", "Dnepr", "Metallist" və yığma komandanın ev matçlarındakı nəticələri heç də pis olmayıb. Öz meydanlarında yalnız qalib gəlmələri mümkünsüz olan böyük komandalara yeniliblər. Kollinanın Ukrayna Futbol Federasiyasındakı işi 2017-ci ildə bitib. Maraqlıdı ki, onun gedişindən sonra bu ölkə komandalarının nəticələrində geriləmə müşahidə olunur. Hər mövsüm Avropada Ukraynanın bir klubunun sanki önü açılır. "Şaxtyor" keçmişdə Avropa Liqasının qalibi olub, "Dnepr" 2014-15 mövsümündə həmin turnirin finalına yüksəlib, 2011-12 mövsümündə "Metallist" 1/4 finalda çıxış edib. Önü açılan komanda bu il, bəlkə də, "Dinamo" olacaq. Üç mövsüm əvvəl finala qədər irəliləyən "Dnepr"in qısa müddətdə dağılması diqqətçəkən məqamdı. AÇ-2012-də İngiltərə ilə matçda Ukraynanın əleyhinə səhv edən Viktor Kaşşai haqda Kollinanın tənqidi açıqlamasından sonra macarıstanlının dərhal evinə göndərildiyini unutmayaq. Görünür, ukraynalıların beynəlxalq arenadakı oyunlarına diqqəti artırmaq lazımdı".

Qeyd edək ki, 2014-15 mövsümündə qrup mərhələsinin son turunda "Qarabağ" evdə "İnter"in qapısına son dəqiqədə yol tapsa da, hakim təmiz qolu qeydə almamış və uzun müddət tənqid obyektinə çevrilmişdi. Məhz həmin kobud səhvin sayəsində növbəti mərhələyə adlayan komanda "Qarabağ" yox, "Dnepr" olmuşdu.

Xəbər lenti