AFFA ilə “Qarabağ”ın birgə layihə keçirir
Bakı Olimpiya Stadionunda senytabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” – “Roma” və oktyabrın 5-də dünya çempionatının seçmə qrup mərhələsinin Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və “Qarabağ” Futbol Klubu birgə layihə həyata keçirəcək.
İstiPress xəbər verir ki, layihəyə əsasən, “Qarabağ”ın Çempionlar Liqası çərçivəsində ilk və milli komandanın cari seçmə mərhələdə son ev oyunu olduğundan, azarkeşlərin yüksək dəstəyinə hörmət əlaməti olaraq onlar üçün güzəştlər tətbiq ediləcək. Belə ki, “Qarabağ”ın oyununa bilet alan azarkeşlər millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər millinin oyunu üçün bilet alarkən “Qarabağ” – “Roma” oyununun biletini kassalara təqdim etməlidir.
Qeyd edək ki, hər iki oyuna bilet satışı “iTicket” şirkəti tərəfindən həyata keçirilir.
1
Leyla Əhmədova həbs olundu
375 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
321 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
295 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
287 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
279 dəfə oxunub