Azərbaycan milli komandasının Çexiya yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçının biletləri satışa çıxarılıb.
Mynews.az AFFA-nın Facebook səhifəsinə istinadən xəbər verir ki, oktyabrın 5-də BakıOlimpiya Stadionundakı oyun üçün biletləri "Asan Xidmət" mərkəzlərindən (1,2,3 və 4), Heydər Əliyev Sarayının kassalarından, 28 Mall, Gənclik Mall, M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bülbül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) ünvanlarından, eləcə də onlayn olaraq iTicket.az saytından almaq olar.
Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq 1 – 6, VİP yerlər üçün isə 50 manatdır.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda sentyabrın 27-də Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin "Qarabağ" – "Roma” və Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və "Qarabağ” futbol klubu birgə layihə həyata keçirəcək. Layihəyə əsasən, "Qarabağ”ın ÇL-dəki ilk və milli komandanın cari tsikldə son ev matçın olduğundan, azarkeşlərə güzəştlər tətbiq ediləcək. Ağdam komandasının oyununa bilet alan fanatlar millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər yığmanın görüşü üçün bilet alarkən "Qarabağ” – "Roma” oyununun biletini kassalara təqdim etməlidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub