Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışları başa çatıb. Mötəbər yarışın ikinci günü də cüdoçularımız üçün uğurlu olub.
Mynews.az Report-a istinadən xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.
Azərbaycan cüdoçusu finala gedən yolda Slovakiya, İsveçrə və Polşa təmsilçilərini məğlub edib. Milli komandamızın üzvü Avropa birinciliyinin həlledici görüşündə Rusiyanı təmsil edən erməni əsilli cüdoçu Arman Adamyana qalib gələrək qızıl medala layiq görülüb.
Beləliklə Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar. Hollandiya millisi 2-ci, Rusiya komandası isə 3-cü olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub