Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.
Mynews.az Apasport.az-a istinadən xəbər verir ki, Faiq Qarayevin yetirmələri növbəti dəfə İtaliya yığması ilə üz-üzə gəliblər.
Avro-2017-nin final mərhələsinin keçiriləcəyi Milli Gimnastika Arenasında baş tutan görüş paytaxtımızda qonaq olan apenninlilərin qələbəsi ilə yekunlaşıb. İtaliyalılar 3:1 (25:18, 25:22, 24:26, 25:15) hesabı ilə qalib gəliblər.
Komandamızın heyətində Polina Rəhimova ən məhsuldar oyunçu olub. Onun 15 zərbəsi millimizə xal gətirib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub