"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Neftçi" ilə oyundan (2:1) sonra komanda yoldaşı Stiven Jozef-Monrozla yaşadığı insidentdən danışıb.
Mynews.az qol.az-a istinadən xəbər verir ki, millimizin yarımmüdafiəçisi fransalı hücumçunun klounluq etdiyini bildirib: "Əsəbi hallar olur. Meydana daxil olarkən, Jozef-Monrozdan xahiş etdim ki, mənə ötürmə versin. Baş məşqçiyə fərqlənməyə qadir olduğumu sübut etdirmək istəyirdim. Əvəzində o, mənə ingiliscə, "Ağzını bağla" cavabını verdi. Oyun başa çatdıqdan sonra Jozef-Monroza yaxınlaşıb "Burada tək oynamırsan, kloun səhnəsi qurmaq lazım deyil. Driblinq etmək yox, cərimə meydançasına ötürmə vermək lazımdır" dedim. Əvəzində o, sifətimə zərbə vurdu. Araya girən komanda yoldaşlarımız bizi araladılar".
26 yaşlı oyunçu matçdan sonra baş məşqçi Roman Qriqorçukun ona heç nə demədiyini də əlavə edib: "Qriqorçuk bizə heç nə demədi. Paltardəyişmə otağından əşyalarımı götürdüm və çıxdım. Əsəbi halda otağı tərk etdiyim üçün baş məşqçinin Monroza nəsə deyib-demədiyini görmədim".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub