Bolqarıstanın Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.
Mynews.az xəbər verir ki, Azərbaycan millisi yarışda 2 bürünc medal qazanıb.
Vaqif Kazımovun komandasında Səlim Səlimov (63 kq) və Murad Allahverdiyev (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Belə ki, Səlimov Miçak Jarlinski (Polşa) və Elvin Əliyevə (Ukrayna) qalib gələrək, yarımfinala yüksəlib. Bu mərhələdə ingiltərəli Cek Olifantla qarşılaşan boksçumuz finala adlaya bilməyib.
Allahverdiyev isə Pavel Platon (Moldova), Denis Lapuşanski (Belarus) və Rafael Hovannisyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 1/2 finalda bolqarıstanlı Daniel Lyubenova məğlub olaraq, bürünc medalla kifayətlənib.
Yığmamız komanda hesabında 12-14-cü yerləri bölüşüb. Siyahıda birinci yeri isə 7 qızıl və 2 bürünc medal qazanan Rusiya tutub.
Qeyd edək ki, birincilikdə 32 ölkədən 260 boksçu qüvvəsini sınayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub