“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matça biletlərin hamısı satılıb.
Mynews.az-ın BAKU.WS-ə istinadla məlumatına görə, biletlərin hamısı rəsmi olaraq satılıb-tükənsə də, “qara bazar”da satış davam edir.
Hətta vəziyyət o yerən çatıb ki, biletlər elan saytlarında da yerləşdirilir. Məlum olub ki, 2 manatlıq biletlər ən azı 10 dəfə baha - 20 manata, VİP zonadan izləmək üçün nəzərdə tutulan 50 manatlıq biletlər isə 200 manata satılır.
"Qara bazar”ın qarşısının alınması ilə bağlı “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, insanlar onlayn bilet satışından yararlanaraq, rahat şəkildə biletlərini alıblar.
"Bütün dünyada onlayn bilet satışı praktikasından istifadə olunur. Bu, tələblərdən biri idi. Biz də bunu tətbiq etdik. Ümumi götürsək, heç bir narazılıq yoxdur və insanlar da rahat şəkildə biletlərini alıblar”, - deyə klub rəsmisi bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub