Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin ikinci matçında “Roma”nı qəbul edəcək.
Yenicag.az xəbər verir ki, qarşılaşmanın satışa buraxılan bütün biletləri tükənsə də, matçın keçiriləcəyi Bakı Olimpiya Stadionu dolmaya bilər. Buna səbəb onlayn bilet alanların vauçerlərinin əllərində qalmasıdır. Əldə etdiyimiz məlumata görə, oyunun başlamasına təxminən 4 saat qalsa da, hələ də 20 min azarkeş biletlərini kassalardan ala bilməyiblər.
Problemə səbəb kassalarda işləyən şəxslərin azlığı və ləng tərpənməsidir. Belə ki, bir nəfərin yola salınması üçün təxminən 10-15 dəqiqə vaxt sərf olunur ki, bu da uzun növbələrin yaranmasına gətirib çıxarır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub