Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Qarabağ" "Roma" oyunu keçirilir.
20:28
Mynews.az bildirir ki, "Qarabağ" - "Roma" oyununda üçüncü qol vuruldu. 28-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Pedro Enrike fərqləndi. "Qarabağ" - "Roma" - 1:2.
------------
20:14
Mynews.az bildirir ki, "Qarabağ" - "Roma" oyununda ikinci qol vuruldu. 15-ci dəqiqədə Dzeko fərqləndi. "Qarabağ" - "Roma" - 0:2.
----------
20:07
Milli.Az bildirir ki, "Qarabağ" - "Roma" oyununda hesab açıldı. 6-cı dəqiqədə "Roma"nın oyunçusu Manolas fərqləndi. "Qarabağ" - "Roma" - 0:1.
----------
20:01
Milli.Az bildirir ki, Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Qarabağ" "Roma" oyunu başladı.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının ölkəmizdə keçirilən ilk qarşılaşması kimi düşəcək. İndiyədək yalnız təsnifat mərhələsi görüşlərini izləyən futbolsevərlər qitənin ən nüfuzlu klub turnirinin əsas raundunu canlı görə biləcəklər.
Bakı Olimpiya Stadionunda baş tutacaq tarixi qarşılaşmaya hər iki komanda yüksək əhval-ruhiyyədə çıxacaq. Belə ki, rəqiblər ölkə çempionatındakı növbəti qələbədən sonra avrokubokda da eyni uğura köklənib.
İlk turun "Çelsi" ilə görüşü ərəfəsində çempionat matçı təxirə salınan və bunun acısını Londonda yaşayan Qurban Qurbanovun yetirmələri "Roma" ilə matç ərəfəsində böyük hesablı qələbə əldə edib.
"Qarabağ" Çempionlar Liqasının debütantı olduğundan qarşılaşmanın favoriti qonaqlar hesab olunur. İlk matçında "Atletiko" ilə qolsuz heç-heçə edən Eysebio de Françeskonun yetirmələri azarkeşlərinin gözlədiyi qələbəni Bakıda əldə etmək niyyətindədi. Heyətində ulduz futbolçular da yer alan Apennin təmsilçisi növbəti mərhələyə vəsiqə üçün mübarizədə vacib olan xalları səfərdə qazanmağa iddialıdı.
"Çelsi" şokunu unutdurmaq əzmində olan "Qarabağ" isə ilk ev oyununda sensasiya etmək üçün mübarizə aparacaq. Qrup mərhələsində qazanılacaq ilk xal inandırıcı olmasa da, "Stemford Bric"dəki biabırçılığı sığortalamaq üçün zəruridi. Bakı Olimpiya Stadionunda olacaq anşlaqı nəzərə alsaq, fanatların dəstəyi də çempionumuzun lehinə olacaq. 70 minə yaxın tamaşaçının eyni görüşə toplaşması da Azərbaycan futbolu tarixində yeni rekord olacaq. "Qarabağ" bu rekordun müəllifi olan azarkeşlərini uğurlu nəticə ilə sevindirməyə borcludu.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq "Qarabağ" - "Roma" matçı saat 20:00-da başlayacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
C qrupu
27 sentyabr
"Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya)
Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı Olimpiya Stadionu
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarık El Yunusi, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov
"Roma": 1. Alison Beker, 4. Raca Naynqolan, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 21. Maksim Qonalons, 23. Qriqori Defrel, 44. Kostas Manolas, 92. Stefan El Şaravi
Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 6. Kevin Strotman, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 30. Gerson
Baş məşqçi: Eysebio Di Françesko
----------
09:34
"Qarabağ" bu gün növbəti avrokubok matçına çıxacaq.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Roma" ilə qarşılaşacaq.
Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının ölkəmizdə keçirilən ilk qarşılaşması kimi düşəcək. İndiyədək yalnız təsnifat mərhələsi görüşlərini izləyən futbolsevərlər qitənin ən nüfuzlu klub turnirinin əsas raundunu canlı görə biləcəklər.
Bakı Olimpiya Stadionunda baş tutacaq tarixi qarşılaşmaya hər iki komanda yüksək əhval-ruhiyyədə çıxacaq. Belə ki, rəqiblər ölkə çempionatındakı növbəti qələbədən sonra avrokubokda da eyni uğura köklənib.
İlk turun "Çelsi" ilə görüşü ərəfəsində çempionat matçı təxirə salınan və bunun acısını Londonda yaşayan Qurban Qurbanovun yetirmələri "Roma" ilə matç ərəfəsində böyük hesablı qələbə əldə edib.
"Qarabağ" Çempionlar Liqasının debütantı olduğundan qarşılaşmanın favoriti qonaqlar hesab olunur. İlk matçında "Atletiko" ilə qolsuz heç-heçə edən Eysebio de Françeskonun yetirmələri azarkeşlərinin gözlədiyi qələbəni Bakıda əldə etmək niyyətindədi. Heyətində ulduz futbolçular da yer alan Apennin təmsilçisi növbəti mərhələyə vəsiqə üçün mübarizədə vacib olan xalları səfərdə qazanmağa iddialıdı.
"Çelsi" şokunu unutdurmaq əzmində olan "Qarabağ" isə ilk ev oyununda sensasiya etmək üçün mübarizə aparacaq. Qrup mərhələsində qazanılacaq ilk xal inandırıcı olmasa da, "Stemford Bric"dəki biabırçılığı sığortalamaq üçün zəruridi. Bakı Olimpiya Stadionunda olacaq anşlaqı nəzərə alsaq, fanatların dəstəyi də çempionumuzun lehinə olacaq. 70 minə yaxın tamaşaçının eyni görüşə toplaşması da Azərbaycan futbolu tarixində yeni rekord olacaq. "Qarabağ" bu rekordun müəllifi olan azarkeşlərini uğurlu nəticə ilə sevindirməyə borcludu.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq "Qarabağ" - "Roma" matçı saat 20:00-da başlayacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
C qrupu
27 sentyabr
20:00. "Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya)
Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı Olimpiya Stadionu
1. |
Çelsi |
1 |
1 |
0 |
0 |
6-0 |
3 |
2. |
Roma |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
3. |
Atletiko |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
4. |
Qarabağ |
1 |
0 |
0 |
1 |
0-6 |
0 |