Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Mynews.az-ın məlumatına görə, baş məşqçi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin son qarşılaşmaları üçün 24 futbolçuya ehtiyac duyub.
Komandamız oktyabrın 5-də Bakıda Çexiya, 3 gün sonra Kayzerslauterndə Almaniya ilə qarşılaşacaq.
Xorvatiyalı mütəxəssis sentyabrda keçirilən seçmə oyunlara dəvət etdiyi heyətdə cüzi dəyişikliklər edib. Zədəli Səlahət Ağayevi Emil Balayevlə əvəzləyən Prosineçki Ağabala Ramazanova da “24-lük”də yer verməyib.
Qapıçılar: Kamran Ağayev (“Mlada Boleslav”, Çexiya), Anar Nəzirov (“Zirə”), Emil Balayev (“Səbail”);
Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Məhəmməd Mirzəbəyov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Ürfan Abbasov (“Qəbələ”);
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Mahir Mədətov, Əfran İsmaylov, Riçard Almeyda (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almanya), Təmkin Xəlilzadə (“Zirə”), Cavid Hüseynov (“ Qəbələ”), Araz Abdullayev (“Anortosis”, Kipr) Namiq Ələsgərov (“Neftçi”);
Hücumçular: Ruslan Qurbanov (“Qəbələ”), Ramil Şeydayev (“Qarabağ”), Renat Dadaşov (“Ayntraxt”, Almanya).