Dünyanın müharibə ilə təhdid edən Şimali Koreya lideri Kim Yonq-un yenidən gündəmə gəlib. Fanat.Az xəbər verir ki, ABŞ prezidenti Donland Trampın "Raket Adam" adlandırdığı diktator bu dəfə ölkəsinin Avropada oynayan yeganə futbolçusunun efirə çıxasına qadağa qoyub.
Belə ki, İtaliya A Seriyasında çıxış edən "Kalyari"nin üzvü olsa da, bu mövsüm icarə əsasında B Seriyasında mübarizə aparan "Peruciya" klubunda forma geyinən Kvanq-Sonq Han RAI 2 telekanalının "Domenica Sportiva" proqramına qonaq olaraq dəvət edilib. Bu məqsədlə 19 yaşlı futbolçu Milana gətirilib v bir otelə yerləşdirilib. Amma proqramın başlamasına 10 dəqiqə qalmış Şimali Koreyanın paytaxtı Pyonqyanqdan gələn telefon zəngi onun efirə çıxmasını əngəlləyib.
"Peruciya"nın prezidenti Massimiliano Santopadre efirə çıxaraq "Son anda diktatoi Kim Yonq-un futbolçunun efirə çıxmasını əngəllədi. Şimali Koreya lideri ekrana çıxacağı halda gənc futbolçunun ölkəsinə təhvil verilməsini tələb edəcəklərini söylədi. Bu təhdid Kvanq-Sonq Hanı ölümə göndərmək anlamına gəlir. O, buna görə çox üzüldü və uzun müddət ağladı. İdman siyasətə qarışmamalıdı" deyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub