Almaniyanın “Fortuna” klubunun futbolçusu Tuğrul Erat yenidən Azərbaycan milli komandasına qayıtmağı hədəfləyib.
Mynews.az-ın Report-a istinadən məlumatına görə, bu barədə 25 yaşlı yarımmüdafiəçi “Rp-Online” nəşrinə açıqlamasında bildirib.
O, Robert Prosineçkinin baş məşqçi təyinatından sonra yığmaya dəvət almadığını xatırladıb:
“Nənəm və nənəmin anasının Azərbaycanla bağlılıqları var. Bernhard Lippert Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi olduğu vaxt mənimlə maraqlandıqlarını söylədi. Mən də müsbət cavab verdim. Berti Foqts əsas millinin baş məşqçisi olduğu vaxt məni tez-tez dəvət edirdilər. Lakin o, istefa verdikdən sonra dəvətlər dayandırılıb. Çalışacağam ki, özümü Robert Prosineçkiyə təklif edim”.
Qeyd edək ki, Tuğrul Erat ilk dəfə 2013-cü ildə Azərbaycanın U-21 yığmasına dəvət alıb. Növbəti il isə o, əsas milliyə çağırılıb və 2 oyuna çıxıb. Eratın Berti Foqtsun rəhbərliyi altında debütü 2014-cü il martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Filippinə qarşı olub - 1:0.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub