Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət qısa siyahıya düşüb.
Mynews.az-ın Avropa Atletika Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı idmançı 2017-ci ilin ən yaxşı 3 atleti sırasında yer alıb.
Digər namizədlər isə fransalı onnövçü Kevin Mayerlə almaniyalı nizə atıcısı Yohannes Fetteldir.
Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub