Bakıda Kempo üzrə ikinci Asiya oyunları təşkil olunacaq
25-26.03.2017 tarixdə Bakı şəhərində Şağan Olimpiya İdman Kompleksində Kempo üzrə ikinci Asiya oyunları təşkil olunacaq. Yarışda 17 Asiya ölkəsinin iştirakı gözlənilir. Yarış Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı ilə "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubu tərəfindən təşkil olunur. Yarışın məqsədi Asiyada və Dünyada Kempo döyüş sənətinin təbliğatı, dövlətlər arasında dostluq və əməkdaşlığı genişləndirməkdir. Xarici idmançıların iştirakı ilə birgə Azərbaycan Kempoçularının da iştirakı gözlənilir. Yarış uşaqlar, yeniyetmələr, gənclər və kişilər arasında keçiriləcək. Oyunlar Kempo Full, Kempo Submission (Grappling Gi-NoGi), Kempo Semi, Self Defens (özünümüdafiə), Kempo PRO versiyaları üzrə keçiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub