Bakı növbəti dəfə gimnastika şousu təşkil etdi - FOTOLAR

752
Bakı növbəti dəfə gimnastika şousu təşkil etdi - FOTOLAR

Fevralın 18-i və 19-u Azərbaycan paytaxtı yeni Olimpiya dövründə ilk batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunu qəbul edib. İki gün ərzində Milli Gimnastika Arenasında 15 ölkədən 85 gimnast altı müxtəlif növdə ən güclüləri müəyyən edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, növbəti dəfə Bakı gimnastika üzrə sadə Dünya Kubokunu rəngarəng bayrama çevirdi.

Zalın qeyri-adi işıqlandırılması azarkeşlərə bütün diqqətini idmançılara yönəltməyə imkan verib. Bu addım dünya kubokları tarixində ilk dəfə həyata keçirilmişdi və çox güman ki, bu təcrübədən gələcəkdə digər ölkələr də yararlanacaq.

İşıqlandırmadan başqa, təşkilatçılar tamaşaçıları möhtəşəm açılış mərasimi ilə də sevindirdilər. Təəccüblü deyil ki, yarışların hər iki günündə zala gələn tamaşaçılar əvvəldən axıradək darıxmadan oturdular.

Bir çox gimnast və Beynəlxalq Gimnastika Federasiyasından qonaqlar da etiraf etdilər ki, bu tərtibat onların ürəyincədir və bu, tamaşaçıları da cəlb edir.

Qeyd etmək lazımdır, azərbaycanlı gimnastlar uğurla çıxış edərək üç medal əldə etdilər. Fərdi tullanmalarda İlya Qrişuninin, sinxron tullanmalarda Svetlana Makştarova və Veronika Zemlyanayanın, eləcə də Bakı Gimnastika Məktəbinin yetirməsi, tamblinqçi Mixail Malkinin əldə etdiyi gümüş medallar son üç ildə gimnastikanın bu növünin inkişafına göstərilən səylərin boşa getmədiyini sübut edir.

Medallar cədvəlində dördü qızıl olmaqla altı medal əldə etmiş Rusiya birinci olub. Belarus və Qazaxıstan idmançıları hərəyə bir qızıl əldə ediblər.

 

Ölkə

Medal sayı

Qızıl

Gümüş

Bürünc

Rusiya

6

4

2

-

Belarus

2

1

-

1

Qazaxıstan

1

1

- -

Azərbaycan

3

 

-

3

-

Portuqaliya

3

-

1

2

Böyük Britaniya

1

-

-

1

CAR

1

-

-

1

Yaponiya

1

-

-

1

 

 

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun yarışların yekununda qeyd etiyi kimi, idmançıların qarşısında medal qazanmaq hədəfləri qoyulmamışdı. Çünki bu növ ölkədə yeni-yeni inkişaf etməyə başlayıb: "Bizim əsas məqsədimiz bu idman növünün populyarlaşdırılması idi. Nəticələr bizi sevindirdi. Əgər ötən il batut gimnastikası üzrə Dünya Kubokunu ilk dəfə keçirəndə heç bir medal qazanmamışdıqsa, bu il 3 medal əldə etmişik. Bütün bunlar onu göstərir ki, son bir il ərzində böyük işlər görülüb".
Qeyd edək ki, artıq gələn ay (16-19 mart) Bakıda növbəti bayram - idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək.Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun yarışların yekununda qeyd etiyi kimi, idmançıların qarşısında medal qazanmaq hədəfləri qoyulmamışdı. Çünki bu növ ölkədə yeni-yeni inkişaf etməyə başlayıb: "Bizim əsas məqsədimiz bu idman növünün populyarlaşdırılması idi. Nəticələr bizi sevindirdi. Əgər ötən il batut gimnastikası üzrə Dünya Kubokunu ilk dəfə keçirəndə heç bir medal qazanmamışdıqsa, bu il 3 medal əldə etmişik. Bütün bunlar onu göstərir ki, son bir il ərzində böyük işlər görülüb".

Xəbər lenti