Bu gün Azərbaycan yığması 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib.
Mynews.az goal.az-a istinadən vəbər verir ki, Bolqarıstanın Qorna Oryaxovitsa şəhərindəki "Lokomotiv" stadionunda İrlandiya yığması ilə qarşılaşan Mirbağır İsayevin rəhbərlik etdiyi Azərbaycan millisi 6:0 hesabı ilə məğlub olub. Birinci hissədə meydanı 4:0 hesablı qələbə ilə tərk edən irlandiyalı futbolçular fasilədən sonra Azərbaycan yığmasının qapısından daha 2 cavabsız top keçiriblər. İrlandiya yığmasının heyətində 9 nömrəli hücumçu Adam Uche İdah het-trikə imza atıb.
Millimiz ilkin seçmə mərhələdə növbəti oyununu oktyabrın 13-də Ukrayna yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, bu dəqiqələrdə başlayan qrupun digər oyununda meydan sahibləri Bolqarıstan yığması Ukrayna millisi ilə qarşılaşır.
10 oktyabr
XI qrup
İrlandiya U-17 - Azərbaycan U-17 - 6:0
Qollar: A.Uche İdah 6, 24, 58, Brennan 36, M.Murphy 38, T.Samuel Wright 43, M.Walsh 49, S.Mahon 57.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub