2017-2018-ci il mövsümündə UEFA Avropa Liqası turnirində iştirak etmiş Azərbaycan klublarına UEFA-nın ayırdığı vəsaitin məbləği müəyyənləşib.
Mynews.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avroliqanın II təsnifat mərhələsində mübarizəni dayandırmış "Zirə" və "İnter" hərəyə 440 min avro qazanıb. III təsnifat mərhələsində çıxışlarını başa vurmuş "Qəbələ"yə isə 460 min avro ayrılıb. Maliyyə vəsaitləri AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada "Zirə" və "Qəbələ"nin hesablarına köçürülüb.
“İnter” üçün nəzərdə tutulmuş vəsait isə klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub