Azərbaycan idmançıları 2017-ci ilin ilk 9 ayı ərzində beynəlxalq yarışlarda 584 medal qazanıblar.
Mynews.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, medallardan 193-ü qızıl, 186-sı gümüş, 205-i bürünc olub. Medallar dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında, həmçinin "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları və Tayvanın Taypey şəhərində keçirilmiş 29-cu Ümumdünya Yay Universiadasında əldə olunub.
Bundan başqa, hesabat dövründə Azərbaycanda 28 beynəlxalq yarış keçirilib, 169 beynəlxalq yarışda isə ölkənin yığma komandalarının iştirakı təmin olunub.
Qeyd edək ki, Azərbaycan idmançıları İslamiadada 162, Universiadada 8 medal qazanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub