"Barselona"nın müdafiəçisi Xavyer Maskerano klubdan ayrılmaq barədə düşünür.
Mynews.az komanda.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu "Marka"ya açıqlamasında cari mövsümdə az şans qazandığını, buna görə, mövsümün sonunda klubdan ayrıla biləcəyini bildirib:
"Bu mövsümdə "Barselona"da az şans qazanıram. Buna baxmayaraq, həmişə meydana çıxmağa hazır oluram. Mənim hələ Kataloniya klubuyla müqaviləm var. Mövsümün sonunda qərar verəcəm. Hələ ki, burdakı gələcəyimlə bağlı heç kimlə danışmamışam. "Barselona"da mənə həmişə komandada olmağımdan xoşbəxt olduqlarını deyirlər. Lakin məncə, fikirləşmək üçün vaxtdı".
Maskerano 2010-cu ildən "Barsa"nın şərəfini qoruyur. O, cari mövsümdə cəmi 5 oyunda şans qazanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub