Beynəlxalq Voleybol Federasiyası (FIVB) kişilər arasında Dünya Liqasını və qadınlar arasında Qran Prini əvəzləyəcək Millətlər Liqası təsis edib.
Mynews.az goal.az-a istinadən xəbər verir ki, yeni turnirin təsis edilməsində məqsəd azarkeş marağının artırılması və dünya səviyyəli oyunların təşkil olunmasıdır.
2018-ci ildə start götürəcək Millətlər Liqası dairəvi sistemlə keçiriləcək. Yarışa 12 kişi və eyni sayda qadın komandaları qatılacaq. Mövsümün yekununa əsasən, iki ən zəif komandanı Çağırış Liqasından olan kollektivlər əvəzləyəcək. Turnirin qalibi "Altılar finalı"nda müəyyənləşəcək.
2018-ci ildə kişilərin yarışında Rusiya, Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Fransa, Argentina, İran, Polşa, Almaniya və Yaponiya yığmaları yer alacaqlar. Çağırış Liqasında isə Avstraliya, Cənubi Koreya, Kanada və Bolqarıstan milliləri mübarizə aparacaqlar.
Qadınların yarışına Rusiya, Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Hollandiya, Tailand, Türkiyə, Cənubi Koreya, Almaniya və Yaponiya qatılacaq. Çağırış Liqasına isə Argentina, Dominikan Respublikası, Polşa və Belçika daxil edilib.
Azərbaycanın heç bir yığması turnirdə yer almayacaq. Faiq Qarayevin baş məşqçi olduğu qadınlardan ibarət komanda son Avropa çempionatında 4-cü yeri tutub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub