Qurban Qurbanov “Himn oxumadığı üçün Rahid Əmirquliyevi içəri basmaq lazımdır?”

728
Qurban Qurbanov “Himn oxumadığı üçün Rahid Əmirquliyevi içəri basmaq lazımdır?”

“İnter”ə qarşı hər zaman olduğu kimi bu gün də oynamaq çətin idi. Futbolçularımız qələbə üçün sona qədər çalışdılar, mübarizə apardılar. “İnter”in problemləri osla da, yaxşı təsir bağışladı. Xüsusilə də müdafiədə diqqətli oynadılar”.

Mynews.az report-a istinadla bildirir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VIII turunda “İnter” üzərində 2:0 hesablı qələbə qazandıqları oyun haqda danışarkən deyib. 45 yaşlı mütəxəssis bildirib ki, zədələri sağalan Dani Kintana, Riçard Almeyda və Yakub Jezniçak süni meydan amilinə görə “İnter”lə görüşdə iştirak etməyiblər. Qurbanov jurnalistlərin digər suallarını da cavablandırıb…

– Miçel Maderanın durumu necədir? 

– Dünən və bu gün fərdi qaydada məşq edib. Durumu ilə bağlı dəqiq məlumat verə bilməyəcəyəm. “Atletiko”ya qarşı oynayacağı bilinmir.

– Rahid Əmirquliyevin Azərbaycan millisinin kapitanı kimi Almaniya ilə görüşdə dövlət himnini oxumaması müzakirələrə səbəb oldu. Buna sizin münasibətiniz necədir? 

– Siz elə deyirsiniz ki, Rahidi aparıb içəri salmaq lazımdır. Futbolçunun üstünə bu cür aqressiv getmək olmaz. Himn oxumamaq vətəni sevib-sevməmək anlamına gəlmir. Rahidin necə əxlaqa sahib olduğunu da bilirik, vətənə sevgisini də. Açığı, bu barədə məlumatım yox idi. Azərbaycan futboluna 12-15 il xidmət edən futbolçulara hörmət etmək lazımdır. Rahid nümunəvi futbolçudur. Bir futbolçu və azərbaycanlı kimi həmişə Əmirquliyevə qibtə etmişəm.

 – Ağabala Ramazanov xeyli vaxtdır görünmür… 

– Zədəsi var. Hələ komandaya qoşulmayıb. Bir neçə günə bizimlə məşq edəcək.

– Almaniya ilə oyunda yaxşı təsir bağışlayan Ramil Şeydayevi niyə meydana buraxmadınız? 

– Belə bir fikrim var idi. Lakin çox dəyişikliyə əl ata bilmədim. Matçın gedişatı buna imkan vermədi. Hər şey istədiyimiz kimi olsaydı, Maksim Medvedevi və Dani Kintananı da meydana buraxacaqdım.

Xəbər lenti