Bu gün Azərbaycan Premyer Liqasında II dövrənin ilk turunun daha 2 oyunu keçiriləcək.
Mynews.az xəbər verir ki, "Kəpəz" "Zirə"nin, "Qəbələ" isə "Sumqayıt"ın qonağı olacaq.
İlk qələbəsini ötən tur əldə edən Gəncə klubu paytaxtdan da xalla dönmək əzmindədir. Şahin Diniyevin komandası son pillədən qurtulmaq üçün mütləq səfərdən məğlubiyyətsiz ayrılmalıdır. Meydan sahibləri isə məğlubiyyətsizliyini sürdürmək əzmindədir.
“Qəbələ” və “Sumqayıt” sonuncuların meydanında qarşılaşacaq. Samir Abbasovun yetirmələri ardıcıl 5 matçda top vurduğundan, qəbələlilər isə bu rəqiblə bütün görüşlərdə fərqləndiyindən azarkeşləri qollu qarşılaşmaya şahidlik edə bilər. Son qarşılaşmalarda qapısında qol görən Roman Qriqorçukun yetirmələri xoşagəlməz seriyanı dayandırmaq üçün mübarizə aparıb, ötən turdakı məğlubiyyəti unutdurmalıdır.
Qeyd edək ki, tura sabah keçiriləcək "Səbail" - "Neftçi" matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
VIII tur
14 oktyabr (şənbə)
16:00. “Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu
18:00. “Sumqayıt” – “Qəbələ”
Sumqayıt. Şəhər stadionu
|
Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol
Vüsal İsgəndərli ("Zirə"), Riçard Qadze ("Zirə"), Baqali Dabo ("Qəbələ"), Amil Yunanov ("Sumqayıt"), Dino Ndlovu ("Qarabağ") hərəyə - 3 qol
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub