“Atletiko”nun Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gələcəyi “Qarabağ” İspaniya mətbuatının gündəmindən düşmür.
Mynews.az Apasport.az-a istinadən xəbər verir ki, “Marca” nəşri Ağdam klubunun tarixi barədə yazı dərc edib.
Məqalədə ən diqqətçəkən məqam “Qarabağ”ın “evsiz çempion” kimi təqdim edilməsidir. Azərbaycanla Ermənistan arasındakı münaqişəyə toxunan ispanlar “Qarabağ”ın bu səbəbdən 20 ildən çoxdur Bakıda məskunlaşdığını vurğulayıblar: “İspaniyalı Ruben Sellesin məşqçi kimi çalışdığı komanda müharibə ucbatından şəhərsiz və stadionsuz qalıb. Həmçinin, bir milyondan çox insan qaçqın düşüb. Komandanın məşqçisi Allahverdi Bağırov Ağdam döyüşlərinə könüllü qatılıb və həlak olub. Baş verənlər klubu 255 km uzaqlıqda olan Bakıya köçməyə məcbur edib”.
Eyni mövzuda yazı hazırlayan “Mundo Deportivo” “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla, yeni tarix yazdığını qeyd edib: “İspaniyalı futbolçular Miçel və Dani Kintana baş məşqçi Qurban Qurbanovun komandasının sütunlarındandır. Qurbanovun sistemi Pep Qvardiolanın “Barselona”da tətbiq etdiyi sistemlə eynidir. Qvardiolanın bu sistemini bəyənən Qurbanov bu barədə daha geniş məlumat almaq üçün 2012-ci ildə “Barselona”nın düşərgəsində olub, Qvardiola ilə söhbət edib. Buna görə də “Qarabağ” Qafqazın “Barselona”sı adlanır. Qurbanov 4-2-3-1 taktiki sxeminə üstünlük verir. İspaniyalılarla yanaşı, yeni ulduzu parlayan və sol cinahda çıxış edən gənc Mahir Mədətov, həmçinin hücumçu Dino Ndlovu ən təhlükəli futbolçularıdır”.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko” görüşü saat 20:00-da başlayacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub