Bakı. 17 oktyabr. Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli müəyyənləşib.
Mynews.az report-a istinadən xəbər verir ki, mərkəzi görüş oktyabrın 22-də "Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək.
Qarşılaşma saat 18:30-da başlanacaq.
Tura oktyabrın 20-də "Dalğa Arena"da start veriləcək. Həmin gün "Səbail" və "İnter" komandaları üz-üzə gələcək. Ertəsi gün isə Gəncə şəhər stadionunda mövsümün ilk görüşü olacaq. Ot örtüyü yenilənən arenada "Kəpəz" və "Neftçi" komandaları üz-üzə gələcək. Daha bir prinsipial qarşılaşma isə elə oktyabrın 21-də "Sumqayıt"la "Zirə" arasında olacaq.
20 oktyabr (cümə)
“Səbail” – “İnter”
“Dalğa Arena”, 18:00
21 oktyabr (şənbə)
“Kəpəz” – “Neftçi”
Gəncə şəhər stadionu, 15:00
“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 17:00
22 oktyabr (bazar)
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 18:30
Qeyd edək ki, bütün görüşlər “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1039 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1000 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
991 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
989 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
967 dəfə oxunub