"Bəli, Türkiyə mətbuatında yer alan xəbərlər doğrudur. Türkiyə Futbol Federasiyasının rəsmiləri Ozancan üçün bizə müraciət ediblər".
Mynews.az sport.az-a istinadən xəbər verir ki, bu sözlər millimizdə oynamağa razılıq verən Hollandiyanın "Feyenoord" klubunun 19 yaşlılardan ibarət komandasının üzvü Ozancan Kökçünün atası Halis Kökçüyə məxsusdur.
Belə ki, Ozancanın xidmətində Türkiyə millisinin baş məşqçisi Fatih Terimin maraqlı olduğu iddia edilir. Məsələni təsdiqləyən futbolçunun atası Halis bəy TFF rəsmilərinə rədd cavabı verdiklərini deyib:
"TFF rəsmiləri ilə telefon danışığımız oldu. Biz bildirdik ki, Ozancan artıq qərarını verib və Azərbaycan millisində oynamaq niyyətindədir. Ötən günlərdə isə Türkiyənin gənclərdən ibarət milli komandasının baş məşqçisi Abdullah Ercanı bizimlə görüşə göndərmişdilər. Onunla da görüşdük və fikrimizin dəyişmədiyini dedik".
Halis Kökçü bildirib ki, AFFA hazırda futbolçunun pasport və vətəndaşlıq işlərini həll edir və məsələ artıq yekunlaşmaq üzrədir:
"Azərbaycan Futbol Federasiyası hazırda oğlumun sənədlərini həll edir. Bizə bildiriblər ki, məsələ yaxın günlərdə yekunlaşacaq".
Futbolçunun atası Azərbaycandan oğluna xoş olmayan mesajlar göndərildiyini də sözlərinə əlavə edib:
"Bunu edən şəxslərin kim olduğunu bilmirəm. Onların Ozancanın nömrəsini haradan tapdıqlarını da anlamıram. Oğluma "whatsapp"da qeyri-adi mesajlar yazırlar. Mesajlarda "Ağlın olsun, Azərbaycana gəlmə", "Türkiyəni seçmədiyinə görə peşman olacaqsan" sözlərinə yer verilir. Əlbəttə, bu, bizi üzür. Amma fikrimizdən dönən deyilik".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub