Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Atletiko” matçının təxmini “11-lik”ləri müəyyənləşib.
Mynews.az-ın Apasport.az-a istinadən xəbərinə görə, bu barədə İspaniyanın nüfuzlu “Marca” nəşri məlumat yayıb.
Hər iki komanda ideal heyətlə meydana çıxa bilməyəcək.
İspanların fikrincə, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bu gün meydana çıxmayacaq. Belə ki, “Marca” müdafiənin mərkəzində Bədavi Hüseynovla Yakub Jezniçakın oynayacağını güman edir. Baş məşqçi Qurban Qurbanovun hücum xəttində də məcburi dəyişikliyə əl atması gözlənilir. Belə ki, zədəli Dino Ndlovunun ehtiyatda qalacağını proqnozlaşdıran həmkarlarımız çalışdırıcının qol yollarında Ramil Şeydayevə güvənəcəyini düşünürlər.
“Qarabağ” həmişəki 4-2-3-1 sxemi ilə çıxış edəcəksə, “Atletiko” 4-4-2-yə güvənəcək.
Madridlilərin qapı və müdafiə xəttində ciddi bir dəyişiklik gözlənilmir. Yalnız müdafiənin mərkəzində, böyük ehtimalla, Stefan Saviç yox, Xose Ximenes yer alacaq. Dünən yüngül qaçışla kifayətlənən Kokenin yerində son vaxtlar əsas heyətdəki yerini itirən kapitan Qabinin meydana çıxması gözlənilir. Qripə yoluxan aparıcı hücumçu Antuan Qrizmanı ehtiyatda saxlamağı düşünən baş məşqçi Dieqo Simeone ön xətdə Anxel Korrea ilə Kevin Qameyroya şans verməyi planlaşdırır. Digər forvard Fernando Torresin də ehtiyatda oturması güman olunur.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko” qarşılaşması saat 20:00-da başlayacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub