Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun oyun cədvəli müəyyənləşib.
Mynews.az xəbər verir ki, oktyabrın 20-də turun açılış matçında “Dalğa Arena”da “Səbail” klubu ilə “İnter” qarşılaşacaq.
Turun ikinci günündə “Kəpəz” Gəncə şəhər stadionunda “Neftçi”ni, “Sumqayıt” isə “Kapital Bank Arena”da “Zirə” klubunu qəbul edəcək.
Turun mərkəzi qarşılaşmasında isə “Qəbələ” doğma meydanda “Qarabağ” klubunu qəbul edəcək.
Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncüdür. Dördüncü pillədə qərarlaşan “Sumqayıt”ın 10, beşinci pillədəki “İnter”in isə 8 xalı var. “Neftçi” 7 xalla altıncı, “Səbail” 6 xalla yeddinci, “Kəpəz” isə 4 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub