Bu gün UEFA Çempionlar Liqasında 3-cü tura yekun vurulacaq.
Mynews.az xəbər verir ki, turun son oyun günündə ölkəmizi qitənin bir nömrəli yarışında təmsil edən "Qarabağ" da meydana çıxacaq.
Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə İspaniyanın adlı-sanlı klublarından olan "Atletiko"nu qəbul edəcək.
İlk iki turda məğlub olan ağdamlılar Madrid təmsilçisi ilə oyunda layiqli müqavimət göstərməyə çalışacaq. İki turdan sonra aktivində bir xal olan Dieqo Simeonenin yetirmələri isə Bakıya 3 xal ardınca gəlib.
UEFA Çempionlar Liqası
C qrupu
18 oktyabr
20:00. "Qarabağ" (Azərbaycan) - "Atletiko" (Madrid, İspaniya)
Hakimlər: Ruddi Buke, Giyom Debar, Fredérik Kano.
Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö
Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa).
Bakı Olimpiya Stadionu.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarik Elyunussi, 22. Əfran İsmayılov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 90. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
"Atletiko": 13. Yan Oblak, 2. Dieqo Qodin, 4. Filipe Luis, 7. Antuan Qrizmann, 8. Saul Niqes, 10. Yannik Karrasko, 14. Qabi (k), 16. Şime Vrsalko, 21. Kevin Qameyro, 22. Nikolas Qaytan, 24. Xose Ximenes.
Ehtiyat oyunçular: Migel Moya, 5. Tomas Parti, 9. Fernando Torres, 11. Anxel Korrea, 12. Auqusto Fernandes, 15. Stefan Saviç, 19. Lukas Ernandes.
Baş məşqçi: Dieqo Simeone.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub