Oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ" - "Atletiko" qarşılaşması ilə əlaqədar olaraq, Bakı Metropoliteninin stansiyaları əvvəlki günlərə nisbətən 55 min nəfər artıq sərnişin daşıyıb.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevməlumat verib.
Onun sözlərinə görə, sərnişin çoxluğu əsasən "Koroğlu" stansiyasında qeydə alınıb: "Saat 17:00-dan sonra bu qədər artıq sərnişin daşınıb. Bu da oyunla bağlı idi. Daşınmada ciddi problem olmadı, çünki metropoliten əməkdaşları gücləndirilmiş iş rejimində çalışırdı. Saat 18:00 radələrində stansiyalarda sıxlıqlar yarandı ki, bu, həm də pik saatlarla bağlı idi. Yəni eyni vaxtda həm işdən çıxanlar, həm də "Qarabağ" - "Atletiko" oyununa gedənlər olduğu üçün sıxlıq yarandı. Buna baxmayaraq, ciddi narahatlıq olmadı".
N.Paşayev bildirib ki, oyun başa çatdıqdan sonra da "Koroğlu" stansiyasında qismən sıxlıq yaranıb: "Bunun isə iki səbəbi var idi: əksər sərnişinlərin gedişhaqqı kartlarının olmaması, onların turniketlərin qarşısında dayanaraq kartla metroya daxil olan sərnişinləri gözləməsi. Digər tərəfdən, stansiyaya daxil olan əksər sərnişinlərin kartları olsa da, balansı bitmişdi. Həmin sərnişinlərin kartı yükləmək üçün növbələr yaratması da sərnişinlərin hərəkətinə mane oldu. Bütün hallarda stansiya əməkdaşları sıxlığın qarşısını almağa çalışdılar və ümumilikdə daşınma normal həyata keçirildi. Ona görə də sərnişinlərdən xahiş edirik ki, bu cür tədbirlərə getmək üçün metropolitendən istifadə edərkən əvvəlcədən hazırlıqlı gəlsinlər ki, stansiyalarda problem yaranmasın".
Xatırladaq ki, sentyabrın 27-də Bakıda keçirilmiş "Qarabağ" - "Roma" oyunundan sonra Bakı metrosuna 1 saata 25 mindən artıq sərnişin daxil olmuş və bu da "Koroğlu" stansiyasında sıxlıq yaratmışdı.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1039 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1000 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
991 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
989 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
967 dəfə oxunub