Çempionlar Liqasının qrup mərhələsinin III turundan sonra klubların UEFA reytinqi açıqlanıb.
Mynews.az Apasport.az-a istinadla xəbər verir ki, Çempionlar Liqasının baş tutan 16 qarşılaşması siyahıda bəzi dəyişikliklərlə nəticələnib.
2018-ci ilin yayından tətbiq olunacaq yeni hesablama metodu üzrə tərtib edilən cədvəlin ilk “100-lüy”ündəki yeganə Azərbaycan klubu “Qarabağ”dır. İspaniyanın “Atletiko” klubu ilə Bakıdakı qolsuz heç-heçə çempionumuzun aktivinə daha 1 xal gətirib.
Bununla, Qurban Qurbanovun yetirmələrinin aktivindəki əmsal 19,500-ə qədər artıb. Cari mövsümdə 5 xal əldə edən “Qarabağ” irəliləməyə də müvəffəq olub.
Ağdam klubu hazırda Avropanın 66-cısı adına şərikdir. Təmsilçimiz Hollandiya “Feyenoord”u ilə eyni göstəriciyə malikdir.
“Atletiko” ilə qarşılaşmayadək 18,500 xalı olan “Qarabağ” Belarus BATE-si ilə 70-ci yeri bölüşürdü. 4 pillə irəliləyən çempionumuz BATE-dən başqa, “Betis”, “Real Sosyedad” və “Selta”nı arxada qoyub.
Hələlik rəsmi xarakter daşıyan, lakin yeni mövsümdə - yəni indiki nəticələrin nəzərə alınacağı vaxt etibarsız olan köhnə metodlu cədvəldə isə “Qarabağ”ın 23,225 xalı var.
Qeyd edək ki, hər iki metodlu hesablamada siyahıya İspaniya “Real”ı başçılıq edir.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub