Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, Olimpiya çəkiləri üzrə açıqlanan “Top-10”u Azərbaycan üçün uğurlu saymaq olar.
Oktyabr üçün tərtib olunan siyahıda yığmamızın 4 taekvondoçusu yer alıb.
Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidi. Aktivində 472.36 xalı olan dünya və Avropa çempionumuz ən yaxın izləyicisi Abdul İssfu (Niger) 69,26 xal qabaqlayır.
Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə hamıdan öndədi. Liderliyini qoruyan taekvondoçumuz ikinci yerdə olan Şeyx Saleh Junior Sissedən (Fil Dişi Sahili) 78.62 xal öndədi – 472,36.
68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə isə 6-cı pillədədi. Avqust reytinqi ilə müqayisədə 3 pillə irəliləyən həmyerlimiz 212,20 xala malikdi.
Qadınlardan ibarət millimizin lideri Fəridə Əzizova da (67 kq) “Top-10”a qayıdıb. 213,14 reytinq xalı olan təmsilçimiz “onluğ”u qapayır. Ondan fərqli, Patimat Abakarova (49 kq) ən güclülərin siyahısını tərk edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub