Futbol üzrə Tailand Kubokunda penaltidən kuryoz qol vurulub.
Report xəbər verir ki, “Banqkok Sport Klub” və “Satri Anqtxonq” arasında baş tutan yarımfinal görüşündə bərabərlik qeydə alınıb – 2:2.
Nəticədə qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Burada isə mübarizə hesab 19:19 olana qədər davam edib. Həlledici məqamda topa “Banqkok Sport Klub”un qapıçısı yaxınlaşıb. Onun zərbəsi qapı tirinə dəyincə, “Satri Anqtxonq”un qolkiperi sevinərək meydanın mərkəzinə qaçıb. Lakin yerə düşən top bir neçə dəfə qazona dəydikdən sonra qapı xəttini keçib və hakim qolu qeydə alıb.
Bundan sonra topa yaxınlaşan “Satri Anqtxonq”un futbolçusu zərbəni dəqiq yerinə yetirə bilməyib və “Banqkok Sport Klub” finala vəsiqə qazanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub