Robert Prosineçkinin millimizdən ayrılmasından sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yığmamıza başçılıq etməli olduğuna dair fikirlər səsləndirilir.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən təcrübəli mütəxəssis ən düzgün qərarın AFFA tərəfindən veriləcəyini bildirib:
“Hansısa fikir bildirməyim “Atetiko” ilə oyunöncəsi fikrimizi yayındıra bilər. Bu, böyük rezonans doğura bilər. Buna oyundan sonra baxarıq (gülür). Açığı Prosineçkinin gedişi mənim üçün gözlənilməz oldu. İndi mənim hansısa fikir bildirməyim bir qədər hörmətsizlik olar. Qarşıda hələ vaxt var. Ən düzgün qərarı AFFA verəcək. Gəlin, bu barədə hələ danışmayaq, qalsın sonraya. AFFA rəhbərliyinin qərarından sonra fikrimizi bildirməliyik. Hamımız Azərbaycan futbolunun gələcəyi üçün birgə addım atmalıyıq. Sizdən xahişim odu ki, bu cür suallarla mənim fikrimi yayındırmayın. Bu gün komandada zədəlilərlə bağlı yetərincə problem var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub