“Merсedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula-1 üzrə dördqat dünya çempionu olub.
Mynews.az-ın APA-ya istinadla xəbərinə görə, 32 yaşlı britaniyalının növbəti qələbəsi Meksika Qran-Prisində rəsmiləşib. Finiş xəttini 9-cu keçən S.Hemilton yarışların yekunlaşmasına iki mərhələ qalmış 333 xalla ilk yeri təmin edib.
Mexikoda baş tutan yarışın qalibi isə “Red Bull”un hollandiyalı pilotu Maks Ferstappen olub. Finlandiyalı Valtteri Bottas (“Mercedes”) ikinci, “Ferrari” komandasının finlandiyalı pilotu Kimi Raykkonen isə üçüncü yerin sahibi olub.
Ümumi hesabda ikinci pillədə 277 xalla almaniyalı Sebastyan Fettel (“Ferrari”), üçüncü də isə 262 xalla Bottas qərarlaşıb.
Formula-1-in son iki mərhələsi Braziliya və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub