“Atletiko” ilə Bakıdakı matçda zədələnən “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun uzun müddətə sıradan çıxdığı məlum olub.
Mynews.az Apasport.az-a istinadən xəbər verir ki, bu günlərdə əməliyyat olunan müdafiəçinin zədəsini sağaltması prosesi əvvəlcə təxmin olunan müddətdən çox çəkəcək.
Bu isə o deməkdir ki, Hüseynov “Atletiko” ilə səfərdəki qarşılaşma ilə yanaşı, hələ xeyli oyunu buraxmalı olacaq. Onun ilin sonuna qədər yaşıl meydana çıxmayacağı dəqiqdir. Bədavinin hətta 8 ay ərzində “Qarabağ”ın və millinin formasını geyinməyəcəyi də istisna edilmir.
Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən Ağdam klubunun üzvüdür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub