Bakının "Keşlə" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Mynews.az xəbər verir ki, bu barədə Report-a klubun Müşahidə Şurasının sədri Zaur Axundov məlumat verib. Onun sözlərinə görə, komanda müvəqqəti olaraq, əvəzedici heyət üzrə koordinator Ramiz Məmmədovahəvalə olunub. 49 yaşlı mütəxəssis yeni vəzifədə Zaur Svanadzeniəvəzləyib. Gürcüstanlı baş məşqçi "Keşlə"də köməkçi-məşqçi kimi çalışan oğlu Ramaz Svanadze ilə birgə ötən gün istefaya göndərilib.
Z.Axundov R.Məmmədovun qış fasiləsinədək qalan 4 turda və ölkə kuboku matçlarında kollektivin sükanı arxasında olacağını bildirib. Yeni baş məşqçi vəzifəsinin icrasına oktyabrın 31-dən başlayacaq.
Qeyd edək ki, Ramiz Məmmədovun son iş yeri "Qəbələ" klubu olub. O, ikinci dəfə rəhbərlik etdiyi "qırmızı-qaralar"la yollarını 2012/2013 mövsümündə ayırıb.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub