USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

“Qarabağ” “Atletiko”nu yenə məyus etdi YENİLƏNİB

09:58 01.11.2017
“Qarabağ” “Atletiko”nu yenə məyus etdi YENİLƏNİB
09:58 01.11.2017

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, səfərdə İspaniyanın “Atletiko” komandasının qonağı olan Ağdam təmsilçiləri inamlı təsir bağışlayıblar.

“Metropolitano” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Hesabı 40-cı dəqiqədə Miçel açıb.  56-cı dəqiqədə isə Tomas meydan sahiblərinin bərabərlik qolunu vurub.

Bu qrupun digəri oyununda “Roma” doğma meydanda “Çelsi”ni 3:0 hesabı ilə məğlub edib.

Dörd turdan sonra C qrupuna səkkiz xalla “Roma” başçılıq edir, “Çelsi” yeddi xalla ikinci, “Atletiko” üç xalla üçüncü, “Qarabağ” isə dörd xalla sonuncu pillədə qərarlaşıb.

01:07

Çempionlar Liqasının IV turu çərçivəsində İspaniyanın Madrid şəhərində keçirilən “Atletiko” – “Qarabağ” oyununda hesab bərabərləşib.

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, meydan sahiblərinin heyətində 56-cı dəqiqədə Tomas fərqlənib.

Bundan əlavə, qarşılaşmanın 58-ci dəqiqəsində isə “Qarabağ”ın heyətində Pedro Enrike kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.  

00:29

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində səfərdə İspaniyanın “Atletiko” komandasının qonağıdır.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçiləri artıq qarşılaşmada hesabı açıblar.

Matçın 40-cı dəqiqəsində Dondald Geryenin künc zərbəsindən sonra Miçel fərqlənib.


Xəbər lenti