Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Madriddə "Atletiko" ilə 1:1 bərabərə qalan, tarixində ilk dəfə oynadığı Çempionlar Liqasında ilk səfər xalını qazanmaqla tarix yazan "Qarabağ" qardaş Türkiyə mətbuatının da əsas müzakirə mövzusu olub.
Mynews.az Milli.Az-a istinadən xəbər veirr ki, Türkiyənin ən nüfuzlu xəbər portalları "Karabağ tarih yazmaya devam ediyor", "Atletiko şokda! Kardaş tarih yazıyor" başlıqlı xəbərləri ilə "Qarabağ"ın "Atletiko Madrid"lə səfər matçında sərgilədiyi möhtəşəm oyundan yazıblar.
Qeyd edək ki, "Qarabağ"ın ispan klubuna "öz silahı" - 32 yaşlı ispaniyalı yarımmüdafiəçi Miçel Maderanın baş zərbəsi ilə vurduğu möhtəşəm qol dünənin ən gözəl qollarından hesab edilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub