“Qarabağ”la Madridə gedən Kamil Zeynallı vətənə qayıtmayıb. Ölkə mətbuatında yayılan xəbərlərə görə, buna “Qarabağ” rəhbərliyi icazə verməyib.
İddia olunur ki, Kamili səfərə yollanan zaman məlum qalmaqallı videosu klub rəhbərliyinin etirazına səbəb olub və buna görə də təyyarəyə buraxılmayıb.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, müğənni Gülay Zeynallının həyat yoldaşı bu iddialarla razılaşmayıb.
O, açıqlamasında “Qarabağ”la vətənə qayıtmamasının səbəbi belə izah edib: “Bir azdan İstanbula uçacam. “Beşikatş” – “Monako” oyununa bilet almışam. Gedib mütləq oyunu izləyəcəm. Ölkədən çıxmışkən bir az gəzib dolaşaq. Sabah isə vətənə qayıdacam”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub