AFFA əməkdaşlıqda maraqlı olsa da, Robert Prosineçki peşəkar davrandı. Ölkəmizdəki missiyasının uğursuz başa çatdığını görən, dərk edən Robert Prosineçki başa çatan müqaviləsinin müddətini artırmadı və özü ilə gətirdiyi köməkçilərini də götürüb vətəninə qayıtdı.
Mynews.az offside.com.az-a istinadən xəbər verir ki, Prosineçkinin gedişindən sonra AFFA legioner məşqçi axtarışına çıxsa da, məsələ bir anda dəyişdi və bütün işıqlar yerli məşqçiyə - konkret olaraq Qurban Qurbanova tuşlandı. Bu isə səbəbsiz deyil. Çünki 8 il ərzində “Qarabağ”da ciddi uğurlara imza atan Qurban Qurbanov kulminasiya nöqtəsinə bu il çatdı və komandasını Çempionlar Liqasına çıxardı. Bu uğurun müzakirəsi artıq futbol sektorunu aşdı və ölkə səviyyəsində müzakirə olundu.
Qurban Qurbanovun milli komandaya gətirilməsi elə futbol federasiyası deyil, ölkə səviyyəsində həll olunan məsələdir. Elə Qurban Qurbanovun və klubun prezidenti Tahir Gözəlin son açıqlamaları bu işin rəsmiyyətə doğru getdiyinin göstəricisidir. Bizdə olan bilgiyə görə, Qurban Qurbanov ilk vaxtlar Tahir Gözəlin istədiyi kimi, həm millidə, həm də klubda çalışacaq. Hadisələrin daha sonra necə inkişaf edəcəyini isə zaman göstərəcək.
Bu məsələnin sabah Olimpiya Stadionunda hələ ki vaxtı dəqiqləşməyən, amma böyük ehtimalla, nahardan sonra baş tutacaq iclasda rəsmiləşəcəyi gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub