Dortmund "Borussiya"sının üzvü Nuri Şahin Türkiyə milli komandasında çıxışını başa vurduğunu açıqlayıb.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, sosial şəbəkə hesabından açıqlama yayan yarımmüdafiəçi artıq milli ilə vidalaşmağın vaxtının çatdığını açıqlayıb.
Karyerasına Dortmund klubunda başlayan Nuri bir müddət "Feyenoord"da icarə əsasında çıxış etdikdən sonra yenidən "Borussiya"ya dönüb. Karyerasının zirvəsinə 2011-ci ildə "Real"a transfer olunmaqla çıxan Şahin Madriddə istədiyi kimi çıxış edə bilməyib. Əvvəlcə "Liverpul"a, ardınca doğma klubu "Borussiya"ya icarəyə verilən xavbek 2014-cü ildə yenidən daimi əsasda Dortmund klubu ilə müqavilə imzalayıb.
Türkiyə millisinin müxtəlif yaş qrupları ilə 100-dən çox oyuna çıxan Şahin 29 yaşında yığmadan getməyə qərar verib.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub