Moldova "Şerif"inin sabiq futbolçusu Dionatan Teyşeyra 25 yaşında vəfat edib.
Mynews.az Report-a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi vətəni Braziliyada ürək tutmasından dünyasını dəyişib.
O, əvvəllər Slovakiyanın "Koşitse", "Slovan" və "Dukla", İngiltərənin "Flitvud Taun" və "Stok Siti" klublarında, eləcə də, Braziliya ilə Slovakiyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. Teyşeyra ötən mövsümün ikinci yarısını "Şerif"də keçirdikdən və bu klubla "qızıl "dubl" etdikdən sonra Braziliyaya yollanıb. "Sambaçı" geri qayıdacağına söz verdiyindən, tiraspollularla müqaviləsi qüvvədə olub. Lakin o, Moldovaya qayıtmayıb. Bu səbəbdən Teyşeyra Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la oyunları buraxıb.
Qeyd edək ki, bu görüşlərdə Azərbaycan təmsilçisi Bakıda 0:0 hesablı heç-heçə etsə də, səfərdə qalib gəlib - 2:1.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub