Çempionlar Liqasının arxada qalan 4 turunun ən sürətli futbolçuları açıqlanıb.
Mynews.az Apasport.az-a istinadən xəbər verir ki, söhbət futbolçuların oyun ərzindəki ümumi sürətindən gedir.
Yəni 1 saat ərzində ən çox məsafə qət edənlərin adları bəlli olub. UEFA-nın rəsmi saytı ən azı 200 dəqiqə meydanda olan və ya 3 oyunda forma geyinənlərin göstəricilərini hesablayıb.
Turnirin rekordçusu Kristian Eriksendir. O, hər saata 8,43 km qət edib. Ümumiyyətlə isə 8 oyunçu saatda 8 km-dan artıq qaçmağa nail olub.
UEFA-nın açıqladığı “11-lik”də Azərbaycan çempionu “Qarabağ”ın üzvü yer almayıb. Düzdü, təmsilçimizin braziliyalı legioneri qət etdiyi ümumi məsafənin uzunluğuna görə Çempionlar Liqasında 7-cidir.
Amma 46 km 469 m məsafə qət edən Riçard 4 oyunda 360 dəqiqə oynayıb. Cənubi amerikalı saata 7,74 km qət edə bilib.
Onun belə orta sürəti UEFA-nın tərtib etdiyi 11 futbolçudan ibarət siyahıya düşmək üçüm yetərli olmayıb. Hərçənd siyahıda sürəti 8 km/s-dan aşağı olan üç oyunçu da yer ala bilib. Yarımmüdafiəçimizi “11-lik”dən 0,22 km/s ayırır.
yer |
futbolçu |
Klubu |
Km/s |
km |
dəq |
m/dəq |
1 |
Kristian Eriksen |
Tottenhem (İngiltərə) |
8,43 |
37935 |
270 |
140,50 |
2 |
Qayas Zahid |
APOEL (Kipr) |
8,28 |
39614 |
287 |
138,03 |
3 |
Mohammed Elyunussi |
Bazel (İsveçrə) |
8,21 |
39141 |
286 |
136,86 |
4 |
Pieter Gerkens |
Anderlext (Belçika) |
8,18 |
35600 |
261 |
136,40 |
5 |
Marek Hamşik |
Napoli (İtaliya) |
8,15 |
40471 |
298 |
135,88 |
6 |
Pyotr Zelinski |
Napoli (İtaliya) |
8,13 |
23997 |
177 |
135,58 |
7 |
Blaz Vrnoviç |
Maribor (Sloveniya) |
8,09 |
34921 |
259 |
134,83 |
8 |
Kevin De Bruyne |
Mançester Siti (İngiltərə) |
8,01 |
48052 |
360 |
133,48 |