Rusiyalı futbolçuların müayinə olunduğu Lujniki klinikasının həkim-kardioloqu Viktoriya Qameyeva verdiyi qeyri-adi müsahibə ilə diqqət mərkəzinə düşüb.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis seksin idmana təsirindən danışıb.
Qameyeva bunu kişi və qadın idmançılara fərqli təsir etdiyini açıqlayıb.
O bildirib ki, tibbi nöqteyi-nəzərdən oyun öncəsi seks yalnız qadınlarda iş qabiliyyətini artırır: "Bu zaman qadınlarda çox sayda cinsi hormonlar yaranır. Döyüş növlərində elə olur ki, qadınlar hər qarşılaşmasından 5-10 dəqiqə əvvəl intim əlaqədə olurlar. Bu da onların nəticələrini artırır. Kişilərdə isə hər şey əksinədi. Onlar ciddi işdən, məsələn oyundan öncə 2-3 gün intim əlaqədən qaçmalıdı. Çünki testosteron hormonunun kişilərdə artması məmnun passiv vəziyyətə gəlməsi ilə nəticələnir. Amma burda hər şey futbolçuların öz əllərində deyil. Onları bu hala daha çox partnyorları salırlar. Həm də belə şeyləri demək mənasızdı. İdmançılar onsuz da buna qulaq asmırlar".



1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub